20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Meksikada anım mərasimi keçirilib (FOTO)


Digərləri 21 Yan 2020 14:07:55 128 0

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Meksikada anım mərasimi keçirilib (FOTO)

20 yanvar tarixində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində “Qara yanvar” faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Bakı. 20 yanvar tarixində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində “Qara yanvar” faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Trend-in məlumatına əsasən, tədbirdə Meksikanın nüfuzlu və tanınmış UNAM universitetinin beynəlxalq əlaqələr fakültəsinin professor heyəti və tələbələri, Meksika “Gənc Diplomatlar” təşkilatın üzvləri, Meksika KİV nümayəndələri, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib. Mərasimin əvvəlində 20 yanvar faciəsi qurbanların xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan səfir Məmməd Talıbov “Qara Yanvar” faciəsinin Azərbaycanın müstəqilliyi yolunda ən mühüm dönüş nöqtəsi olduğunu bildirərək, bu hadisələrin Vətənimizin tarixinin ən kədərli və eyni zamanda ən şərəfli səhifələrindən olduğunu qeyd etdi. O, “Qanlı Yanvar” hadisələrinin totalitar rejimin Azərbaycan müstəqillik hərəkatının boğulması və kommunist rejimi hakimiyyətinin saxlanılmasına yönəlmiş son uğursuz addımı olduğunu dedi. Bu qanlı hadisələrin səbəblərindən danışan səfir Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddiaları, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni separatçı və şovinist qrupların hərəkətlərinin, həmçinin M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin Azərbaycan Respublikasına qarşı qərəzli və ədalətsiz siyasəti nəticəsində Azərbaycan xalqının suverenliyi və müstəqilliyi uğrunda mübarizəyə başladığını bildirdi. Bütün dünya ictimaiyyətini qəddarlığı ilə sarsıtmış “20 Yanvar” hadisələri barədə məlumat ətraflı məlumat verərək SSRİ rəhbərliyi tərəfindən insanlığa qarşı cinayət törədildiyini, SSRİ ordusunun tank və digər zirehli texnika istifadə edərək günahsız Azərbaycan xalqına qarşı amansız təcavüzü nəticəsində yüzlərlə həmvətənlimizin qətlə yetirildiyi və yaralandığını diqqətə çatdırdı. Azərbaycanlı səfir baş vermiş faciədən dərhal sonra Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin baş vermiş hadisələri Azərbaycan xalqına qarşı cinayət adlandıraraq buna lazimı qiymət verilməsini və həmin cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdiyini dedi.