İranda dəm qazından ölənlərin sayı artıb


Digərləri 21 Yan 2020 14:09:27 113 0

İranda dəm qazından ölənlərin sayı artıb

Ən çox ölüm halları Tehran, Şərqi Azərbaycan və İsfahan vilayətlərində olub

Bakı. Elnur Bağışov - İranda 9 ay (21 mart -21 dekabr 2019) dəm qazından həlak olanların sayının artdığı və soyuq hava şəraitinə görə İranın Tibbi Ekspertiza Təşkilatı xəbərdarlıq edib. Trend-in xəbərinə görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının informasiya portalının məlumatında öz əksini tapıb. Bildirilir ki, 9 ay ərzində İranda 436 nəfər dəm qazı nəticəsində həlak olub. Bu isə ötən ilin analoji dövrü ilə (388 nəfər) müqayisədə 12,4% artımın olduğunu göstərir. Məlumata əsasən, qeyd olunan müddətdə ən çox ölüm halları Tehran (84 nəfər), Şərqi Azərbaycan (43 nəfər) və İsfahan (39 nəfər) vilayətlərində olub.