İtaliyada tarixi binalar satışa çıxarıldı


Dünya 21 Yan 2020 13:23:00 116 0

İtaliyada tarixi binalar satışa çıxarıldı

İtaliyanın cənubundakı Kampaniya vilayətində Bizaçça qəsəbəsində 90 tarixi tikili satışa çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, binaların satış qiyməti 1 avro təşkil edir.

Qeyd olunur ki, bu addıma səbəb qəsəbəyə marağın artırılmasıdır. Bununla belə, binaları alan şəxslər təmir işlərini öz vəsaitləri hesabına həyata keçirməlidir.

Son illərdə 4 min nəfərdən çox sakini olan Bizaçça qəsəbəsinin əhalisinin kəskin azalmaqda olduğu deyilir.