UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib


Digərləri 21 Yan 2020 13:19:34 103 0

UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib

Yubileylə bağlı ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Trend bildirir ki, tədbirlər planına əsasən, müxtəlif beynəlxalq elmi konfransların təşkili, UNEC-in tarixi haqda filmlərin, fotoalbomların hazırlanması, kitabların nəşri, görkəmli alimlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin, veteran əməkdaşlarla və məşhur məzunlarla görüşlərin keçirilməsi, təqdimatların, maraqlı müsabiqələrin, konsert proqramlarının, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının reallaşdırılması nəzərdə tutulub. Yubileylə bağlı ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq. Bundan başqa, UNEC Məzunlar Assosiasiyasının yaradılması və I Forumun, eləcə də “İqtisadçı Tələbələrin I Bakı Forumu”nun, Yubiley məzun gününün və təbii ki, təntənəli yubiley mərasiminin keçirilməsi planlaşdırılıb. UNEC-in tərəfdaşlıq etdiyi xarici ali təhsil müəssisələrində də “UNEC 90” yubiley tədbirləri təşkil olunacaq.