Bakı polisi avtomobildən oğurluq etmək istəyən şəxsi saxlayıb
Sosial 21 Yan 2020 12:44:24 114 0
Bakıda avtomobildən oğurluq etmək istəyən şəxs saxlanılıb.
Bakıda avtomobildən oğurluq etmək istəyən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 19-da saat 21 radələrində Səbail rayonu A.Zeynallı küçəsində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxsin paytaxt sakini X.Mustafayev olduğu müəyyən edilib və o, 9-cu Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.
Mənbə: report.az