İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü


Digərləri 21 Yan 2020 12:44:15 117 0

İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

Bakıda yük maşını piyadanı vurub öldürüb

Bakı. Samir Əli - Bakıda yük maşını piyadanı vurub öldürüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib. Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAz" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi rayon İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.