Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb - YENİLƏNİB


Siyasət 21 Yan 2020 12:13:00 122 0

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb - YENİLƏNİB

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, nazir, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirlik əməkdaşları Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər.

Müdafiə naziri büstün önünə əklil qoyub.

Səfər çərçivəsində Z.Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşəcək. Nazirin Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də planlaşdırılıb.

Müdafiə nazirinin qonşu ölkəyə rəsmi səfəri yanvarın 22-də başa çatacaq.

*** 11:15

AzərbaycanınMüdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-dəTbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

SəfərGürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək