Bakıda qardaş qardaşı toyuğa görə öldürdü


Kriminal 21 Yan 2020 12:37:00 168 0

Bakıda qardaş qardaşı toyuğa görə öldürdü

Bakı Apelyasiya Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Son.az APA-ya istinadla xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədili Kərimovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.