Türkiyədə güclü qar 300-dən çox yaşayış məntəqəsi ilə əlaqəni kəsdi


Digərləri 21 Yan 2020 12:22:17 131 0

Türkiyədə güclü qar 300-dən çox yaşayış məntəqəsi ilə əlaqəni kəsdi

Həmin yaşayış məntəqələrində dərslər də dayandırılıb

Bakı. Rufiz Hafizoğlu - Türkiyədə yağan güclü qar Yozqat, Kayseri və Sivas vilayətlərində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olub. Trend-in məlumatına görə, həmin yaşayış məntəqələrində dərslər də dayandırılıb. Bəzi bölgələrdə qar örtüyünün bir metrədək çatdığı deyilir.