Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var


Digərləri 21 Yan 2020 11:20:00 154 0

Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub

Bakı. Samir Əli - Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub. Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.