Bakıda qızlar ərəbləri qarət etdi


Digərləri 21 Yan 2020 10:56:00 299 0

Bakıda qızlar ərəbləri qarət etdi

Bakıda Ərəbistan vətəndaşları qarət olunub.

Bakı. Samir Əli - Bakıda Ərəbistan vətəndaşları qarət olunub. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb. Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.