Harri və Meqan Markl kral ailəsindən ayrıldılar


Dünya 21 Yan 2020 10:48:00 175 0

Harri və Meqan Markl kral ailəsindən ayrıldılar

Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Markl kral ailəsindən ayrıldıqlarını elan ediblər.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə Harri sosial şəbəkədə yazıb:

"Son bir neçə həftə ərzində nə eşitdiyinizi və oxuduğunuzu təsəvvür edə bilmirəm. Ona görə də həqiqətləri məndən eşitməyinizi istəyirəm. Bir şahzadə kimi deyil, bir Harri kimi. Siz Meqana qucaq açdınız. Mən Meqanda axtardığım xoşbəxtliyi və sevgini tapdım. Həyat yoldaşım kimi seçdiyim xanım mənimlə eyni dəyərləri bölüşür.

Meqanla ailə quranda ümid dolu və həyəcanlıydıq. Xidmət etmək üçün buradaydıq. İşlərin bu yerə gəlib çatması mənim üçün böyük kədərdir. Bizim üçün kral ailəsinin vəzifələrindən imtina etmək çox çətin idi.