"Xəzərin səviyyəsi nisbətən aşağı olacaq"


Digərləri 21 Yan 2020 10:35:00 99 0

"Xəzərin səviyyəsi nisbətən aşağı olacaq"

Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı suallarımızı ETSN-nin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir.

R.Səttar-zadə əlavə edib ki, bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 kub km təşkil edib ki, bu da orta çoxillik normadan (146 kub km) əhəmiyyətli dərəcədə azdır.

Nazirlik rəsmisi qeyd edib ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb.

2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir: