2020-ci il üçün “Cənub Qaz Dəhlizi” üzrə investisiya planları açıqlanıb


Digərləri 21 Yan 2020 10:39:24 125 0

2020-ci il üçün “Cənub Qaz Dəhlizi” üzrə investisiya planları açıqlanıb

2020-ci ildə Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsinə investisiyalar üzrə proqnozu təxminən 181 milyon dollara bərabərdir

Bakı. Ləman Zeynalova - 2020-ci ildə Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC-nin “Cənub Qaz Dəhlizi” layihəsinə investisiyalar üzrə proqnozu təxminən 181 milyon dollara bərabərdir. Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəisi İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, bu günədək “Cənub Qaz Dəhlizi” QSC layihələrdən alınan gəlirlərdən, nizamnamə kapitalından və borc vəsaitlərindən istifadə etməklə “Cənub Qaz Dəhlizi”nə 9,9 milyard dollar investisiya qoyub. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Qeyd edək ki, 2019-cu il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.