SOCAR-ın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib


İqtisadiyyat 21 Yan 2020 10:23:46 102 0

SOCAR-ın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

​SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Yanvarın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və şirkətin çoxminli kollektivinin təmsilçiləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, onlar ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramlarını bildirib, onların məzarları üzərinə tər çiçəklər düzüb, ruhları qarşısında baş əyiblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək