Bakıda 815 mənzildə mobil qeydiyyat kampaniyası həyata keçiriləcək


İqtisadiyyat 21 Yan 2020 10:05:55 126 0

Bakıda 815 mənzildə mobil qeydiyyat kampaniyası həyata keçiriləcək

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 21-24 tarixlərində Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 21-24 tarixlərində Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək.

Bu barədə “Report”a Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, səyyar qeydiyyat xidmətindən yanvarın 21-i tarixində Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, 22 yanvarda saat 9:00-dan 13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat 14:00-dan 18:00-dək isə Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında yerləşən binaların sakinləri yararlana biləcəklər.

Nizami rayonu üzrə kampaniya 23 yanvarda Ş. Mirzəyev, T. Abbasov və R. Teymurov küçələrinin kəsişməsində, 2444-cü məhəllə, 24 yanvarda isə E.Süleymanov küçəsi, 59 ünvanlarındakı çoxmənzilli binalarda davam etdiriləcək və ümumilikdə 815 mənzili əhatə edəcək.

Mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər.