Bakıda ər arvadını döyərək ona xəsarət yetirib


Digərləri 21 Yan 2020 08:53:00 110 0

Bakıda ər arvadını döyərək ona xəsarət yetirib

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Qəniyeva Könül Xasay qızı həyat yoldaşı tərəfindən döyülərək çox saylı sınıq xəsarətləri alıb. Yaralı 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.