İran Ukrayna təyyarəsinin iki raketlə vurulduğunu bildirib


Dünya 21 Yan 2020 08:03:00 133 0

İran Ukrayna təyyarəsinin iki raketlə vurulduğunu bildirib

"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin Boeing 737 təyyarəsi Tor-M1 zenit-raket kompleksindən atılan iki qısa mənzilli "yer-hava" raketi ilə vurulub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi ikinci ilkin istintaq hesabatına istinadən bildirib.

Agentliyin məlumatına əsasən, raketlər Ukrayna aviaşirkətinə məxsus təyyarəyə şimal istiqamətindən atılıb. "Bloomberg" İranın ikinci ilkin istintaqının nəticələri ilə bağlı digər məlumat vermir.

Qeyd edək ki, yanvarın 8-i İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.