Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb


Dünya 21 Yan 2020 08:04:00 118 0

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

Fransa polisi Finister departamentində terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Europe 1" radiostansiyası və "BFM" telekanalını xəbər yayıb.

Məlumata əsasən, onlar Daxili Təhlükəsizlik üzrə Baş İdarənin terror hücumu şübhəsi ilə əlaqədar keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Bildirilir ki, saxlanılanlar həmçinin İraq-Suriya zonasına getməyə hazırlaşmaqda şübhəli bilinirlər.