Çadda terror aktı baş verib, ölənlər var


Dünya 21 Yan 2020 07:45:00 119 0

Çadda terror aktı baş verib, ölənlər var

Çadın qərbində terror aktı baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, terror aktı nəticəsində azı 9 dinc sakin həlak olub. Bildirilir ki, terror aktı terrorçu-intiharçı tərəfindən törədilib.

Məlumata əsasən, terror aktı "Boko haram" qruplaşması tərəfindən tez-tez hücumlara məruz qalan Lak regionunda baş verib.