Rusiyada baş verən yanğında 9 nəfər həlak olub


Dünya 21 Yan 2020 07:30:37 110 0

Rusiyada baş verən yanğında 9 nəfər həlak olub

​Rusiyada baş verən yanğında 9 nəfər həlak olub

Rusiyada yaşayış evində yanğın olub.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Tomsk vilayətində, Asinovsk rayonunda baş verib.Priçulımsk qəsəbəsində birmərtəbəli taxta evdə baş verən güclü yanğın zamanı 9 nəfər həlak olub.

Qeyd edilir ki, hadisə zamanı evdə 11 nəfər olub. Onlardan 2-i xilas olub. Uçmuş evin dağıntıları altından bir neçə nəfərin meyiti çıxarılıb.