Konqonun şərqində 12 silahlı məhv edilib


Dünya 21 Yan 2020 07:25:00 132 0

Konqonun şərqində 12 silahlı məhv edilib

Konqo Demokratik Respublikasının şərqində hərbçilər və "May-May" qruplaşmasının silahlıları arasında toqquşmalar baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, silahlı toqquşmalar zamanı qruplaşmanın 12 üzvü hərbçilər tərəfindən məhv edilib.

Bildirilir ki, silahlılar İturi əyalətinin Coqo və Linda yaşayış məntəqələrinə hücum ediblər, lakin orada olan ordu bölmələri hücumların qarşısı alıblar.

Qeyd edilir ki, hərbçilər qruplaşmanın üzvlərinin silah-sursatlarını da ələ keçiriblər.