Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb


Digərləri 21 Yan 2020 07:17:13 108 0

Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb

Rusiya Türkiyəyə 120-dən artıq S-400 "Triumf" zenit-raket kompleksləri üçün raket satıb

Bakı. Rusiya Türkiyəyə 120-dən artıq S-400 "Triumf" zenit-raket kompleksləri üçün raket satıb. Trend-in məlumatına görə, bu barədə "TASS"a hərbi-diplomatik mənbə deyib. Mənbə bildirib: "Türkiyə iki S-400 diviziyası, 120-dən artıq zenit raketi, həmçinin köməkçi avadanlıqlar, ehtiyat hissələri və alətlər alıb". Onun sözlərinə görə, razılaşmanın şərtləri Türkiyə tərəfinə texnologiyaların verilməsi nəzərdə tutmurdu.