YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır


Dünya 21 Yan 2020 07:08:14 106 0

YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır

​YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır

BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı YUNESKO dünyada jurnalistlərə qarşı törədilən cinayətlərin demək olar 90%-nin cəzasız qalmasından narahatdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə YUNESKO-nun Rəsədxanasının jurnalistlərin qətlləri üzrə yayılmış bəyanatında deyilir.

"Planetimizdə öldürülmüş jurnalistlərin sayı 2019-cu ildə demək olar, iki dəfə azaldı və son 10 il ərzində aşağı səviyyədədir. Ölüm hadisələri 2018-ci ilin 99 qətl hadisəsi ilə müqayisədə 56 hadisə təşkil edir", - bəyanatda deyilir. YUNESKO-nun təşkilatı 2010-dan 2019-cu ilə qədər jurnalistlərin ümumilikdə 894 qətlini qeydə alıb. Bu ildə orta hesabla demək olar 90 qətl edir.

Media nümayəndələrinin qətli ilə bağlı ən yüksək göstərici Latın Amerikası və Karib hövzəsi ölkələrində qeydə alınıb. Bu ölkələrdə 22 jurnalist həlak olub. Siyahının ikinci və üçüncü pilləsində Asiya-Sakit okean regionu və ərəb ölkələri qərarlaşıb. Bu regionlara müvafiq olaraq 15 və 10 qətl düşür.