İran Ukrayna təyyarəsinin Tor-M1 zanit-raket kompleksindən iki raketlə vurulduğunu bildirib


Digərləri 21 Yan 2020 05:17:00 133 0

İran Ukrayna təyyarəsinin Tor-M1 zanit-raket kompleksindən iki raketlə vurulduğunu bildirib

"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin Boeing 737 təyyarəsi Tor-M1 zenit-raket kompleksindən atılan iki qısa mənzilli "yer-hava" raketi ilə vurulub

Bakı. "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin Boeing 737 təyyarəsi Tor-M1 zenit-raket kompleksindən atılan iki qısa mənzilli "yer-hava" raketi ilə vurulub. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi ikinci ilkin istintaq hesabatına istinadən bildirib. Agentliyin məlumatına əsasən, raketlər Ukrayna aviaşirkətinə məxsus təyyarəyə şimal istiqamətindən atılıb. "Bloomberg" İranın ikinci ilkin istintaqının nəticələri ilə bağlı digər məlumat vermir.