Çində yeni növ virusdan ölənlərin sayı artıb


Dünya 21 Yan 2020 03:57:05 113 0

Çində yeni növ virusdan ölənlərin sayı artıb

​Çində yeni növ virusdan ölənlərin sayı artıb

Çinin Hubey əyalətinin Uhan şəhərində yayılan virusun yeni növündən 4-cü insan ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Uahnın səhiyyələri məsələləri üzrə şəhər komitəsinin xəbərində deyilir.

"Yanvarın 19-u gecə yarısı virusun yeni növünə 198 yoluxma hadisəsi qeydə alınıb, 25 insan artıq xəstəxanalardan buraxılıb, 4 nəfər ölüb”, - açıqlamada deyilir.

Bildirilir ki, ölən 89 yaşlı kişidir. Onda xəstəliyin əlamətləri yanvarın 13-də qeydə alınıb, xəstə 5 gün sonra nəfəsalmada yaranan problemlə əlaqəar xəstəxanaya çatdırılıb. Xəstə yanvarın 19-da yerli vaxtla saat 23.39-da həkimlərin səylərinə baxmayaraq ölüb.