20 Yanvar qurbanlarının xatirəsi metropolitendə yad edildi (FOTO)


Digərləri 21 Yan 2020 00:12:05 174 0

20 Yanvar qurbanlarının xatirəsi metropolitendə yad edildi (FOTO)

Səhər 06:00-dan bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir.

Bakı. Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də anım mərasimi keçirilib. Trend-in məlumatına əsasən, təsdiq edilmiş tədbirlər planına əsasən, Bakı metropoliteni, xüsusən də "28 May", "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gücləndirilmiş iş rejimi şəraitinə uyğun olaraq, “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq. Ümumxalq Hüzn Günü ilə əlaqədar səhər 06:00-dan bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir. Stansiyalara daxil olan qatarlarda elanları maşinistlər səsləndirirlər. 1990-cı il 20 yanvar gecəsinin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən “20 Yanvar” stansiyasının plaftormasının sütunlarında xüsusi eskizlər əsasında hazırlanmış güllərdən ibarət bədii kompozisiya qurulub. Platformanın hər iki tərəfdən giriş hissəsində metropolitenin güllərdən hazırlanmış loqotipi və hüzn gününün ildönümünü əks etdirən “30” rəqəmi, tam mərkəzdə isə səkkizguşəli ulduz qurulub.