Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)


Digərləri 20 Yan 2020 23:15:00 221 0

Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)

Polis əməkdaşları xalqımızın azadlığı uğrunda canlarından keçmiş vətən fədailərinin məzarları üzərinə qərənfillər düzüblər

Bakı. Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Polis əməkdaşları xalqımızın azadlığı uğrunda canlarından keçmiş vətən fədailərinin məzarları üzərinə qərənfillər düzüblər.