Özbəkistan hökuməti istefa verib


Dünya 20 Yan 2020 22:59:00 110 0

Özbəkistan hökuməti istefa verib

Özbəkistan hökuməti tam tərkibdə istefa verib.

Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin üzvləri Özbəkistan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa veriblər.

Özbəkistan prezidentinin qərarına əsasən yeni hökumət formalaşdırılana qədər istefa verən hökumətin üzvləri öz səlahiyyətlərini icra edəcəklər.

Yeni baş nazirin namizədliyinə yanvarın 21-i keçiriləcək parlamentin hər iki palatasının birgə iclasında baxılacaq.