Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər Nazirlik


Digərləri 20 Yan 2020 21:49:00 124 0

Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər  Nazirlik

Türkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək.

Son.az bildirir ki, bunu Trend-ə Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd olunub ki, bütün bunlarla yanaşı, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşıq da daha aktiv şəkildə həyata keçiriləcək.

"Elmi-tədqiqat və texnoparklar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əlaqələrin genişlənməsi ilə yanaşı, təcrübə mübadiləsi üçün də önəmlidir", - deyə nazirlikdən bildiriblər.