Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər - Nazirlik


Digərləri 20 Yan 2020 21:45:00 163 0

Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər - Nazirlik

Türkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək. Bunu Trend-ə Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər. Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir. Qeyd olunub ki, bütün bunlarla yanaşı, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşıq da daha aktiv şəkildə həyata keçiriləcək.