32 yaşlı xərçəng xəstəsi özünə müalicə təyin etdi Meşədə komada qalacaq


Dünya 20 Yan 2020 21:20:00 129 0

32 yaşlı xərçəng xəstəsi özünə müalicə təyin etdi  Meşədə komada qalacaq

Buryatinadan olan 32 yaşlı Zoua Anqarenovaya yeni ilə yaxın III dərəcəli xərçəng diaqnozu qoyulub. Qadın həm də poliartrit xəstəlitindən əziyyət çəkir.

Bir müddət dərman və kimyaterapiya alan qız öz-özünə qəribə bir metodla müalicə proqramı təyin edib. Şüa terapiyası arasında 6 aylıq fasilə müddətində o, yaşadığı ölkənin ən ucqar və qarlı Okinskiy rayonuna gedib, yaya kimi orda tək qalmağı düşünür. Özü ilə yalnız siçanlarını götürəcək. Orada Zoya özü və xəstəliyinin gedişi, orda necə yaşaması barədə film çəkəcək.

Qız əmindir ki, bu yaradıcı prosesə başı qatışdıqda, xəstəlik geri çəkiləcək.

Son.az medicina.az-a istinadən bildirir ki, güclü, iradəli, şən qız olan Zoya ətrafının ona yazıq kimi davranmasından usanıb və artıq tibbi metodla müalicə olunmaq istəmir:

"Yerli həkimlərimiz haqqında heç nə demək istəmirəm. Amma bütün bu müalicələr, kimya, dərman, mənasızdır. Mən artıq bacarmıram.