Sinir sistemini sakitləşdirir, immuniteti gücləndirir İtburnunun FAYDALARI


Digərləri 20 Yan 2020 20:50:00 181 0

Sinir sistemini sakitləşdirir, immuniteti gücləndirir  İtburnunun FAYDALARI

Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər.

Son.az medicina.az-a istinadən bildirir ki, elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üş tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır. Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var.

İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir. Əvvəlcə itburnudan dəmlənmiş çayın faydalarına nəzər salaq:

1. İmmuniteti gücləndirir 2. İltihabi proseslərin qarşısını alır

3. Soyuqdəymə zamanı olduqca xeyirlidir

4. Sinir sistemini sakitləşdirir

5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır

6. Mədə ağrılarını götürür

7. Bağırsaqların təmizlənməsinə kömək edir

8. Ürək-damar xəstəlikləri üçün faydalıdır