Çadda terror aktı törədilib, ölənlər var


Dünya 20 Yan 2020 19:32:59 129 0

Çadda terror aktı törədilib, ölənlər var

​Çadda terror aktı törədilib, ölənlər var

Çadda terror aktı törədilib.

“Report” xəbər verir ki, bu barədə"France-Presse" orduya istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Lak regionunun yaşayış məntəqələrindən birində baş verib. Kamikadzenin törətdiyi partlayış nəticəsində azı 9 nəfər həlak olub.

Qeyd edilir ki, hadisə “Boko Haram” qruplaşmasının hücum etdiyi ərazidə baş verib. Lakin qruplaşmanın terror aktı ilə əlaqəli olub-olmaması açıqlanmır.