Amiqurumi sənətinin sirləri yeniyetmələrə öyrədilir REPORTAJ VİDEO FOTO


Digərləri 20 Yan 2020 19:24:00 167 0

Amiqurumi sənətinin sirləri yeniyetmələrə öyrədilir  REPORTAJ  VİDEO  FOTO

Rəngli iplərlə müxtəlif formada toxunan oyuncaqlar Amiqurumi adlanır. Vətəni Yaponiya olsa da, bu incəsənət sahəsinə ölkəmizdə də böyük maraq var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şəmkir sakini Nigar Hacıyeva bu sənətə maraq göstərən gənclərdəndir. Kiçik yaşlarından iplə toxumağı öyrənən Nigar iki ildir Amiqurumi sənəti ilə məşğul olur.

Gənc toxucunun dediyinə görə, iplər pambıq olduğu üçün uşaqlar üçün zərərsizdir. Çirkləndikdə asan yuyulan bu oyuncaqlara tələbat da çoxdur.

"Amiqurumi ilə uşaqlarla bərabər böyüklər də maraqlanır. Oyuncaqları hazırlayarkən əsasən cizgi filmi personajlarına üstünlük verirəm. Çünki onlara daha çox maraq var", - deyə N.Hacıyeva bildirir.

Bəzən bir neçə həftəyə ərsəyə gələn oyuncaqlar əsasən kukla teatlarlarında geniş istifadə olunur. Bu oyuncaqların qiyməti isə ölçülərinə görə dəyişir - 5 manatdan 45 manata kimi.

Nigar Hacıyeva amiqurumilərə bağçalarda səhnəciklərin təşkilində də ehtiyacın oldugunu deyir. Elə sifarişçilərin əksəriyyəti də bu sahədən olur. O, Amiqurumi sənətinin sirlərini dərsdən sonra məktəbli qızlara, hətta böyüklərə də öyrədir.