Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)


Digərləri 20 Yan 2020 19:29:00 117 0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)

20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi hazırlanıb

Bakı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Trend-ə SHXÇDX-nin mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. SHXÇDX rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev xalqımızın azadlıq mübarizəsi tarixinə əbədi həkk olunmuş 20 Yanvar hadisələrinin respublikamızın müstəqilliyinin bərpası yolunda mühüm bir mərhələ olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” 13 dekabrın 2019-cu il tarixli Sərəncamı ilə hər il olduğu kimi bu il də ölkəmizdə və dünyada o qanlı hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsinin yad edildiyini qeyd edib. Tədbirdə vurğulanıb ki, o müdhiş gecə əliyalın əhalinin üzrərinə ən ağır hərbi texnika və silahlarla hücumu zamanı 147 vətəndaşımız şəhid oldu, 700 nəfərdən çox adam yaralandı.