İspaniya yeni rekorda imza atıb


Dünya 20 Yan 2020 17:20:00 143 0

İspaniya yeni rekorda imza atıb

İspaniya ötən il xarici turistlərin sayına görə ardıcıl olaraq yeddinci dəfə rekord müəyyənləşdirib

Son.az "APA-Economics"ə istinadən bildirir ki, 2019-cu ildə İspaniyanı 83,7 mln. nəfər turist ziyarət edib ki, bu da 2018-ci ilə nisbətən 1,2% çoxdur (82,6 mln. nəfər). Hesabat ilində İspaniyaya gələn turistlərin xərcləri illik ifadədə 2,9% artaraq cəmi 92,3 mlrd. avroya çatıb.

Son.az