Siyəzəndə “Daewoo” yolu keçən kişini vurub öldürdü


Digərləri 20 Yan 2020 17:17:51 150 0

Siyəzəndə “Daewoo” yolu keçən kişini vurub öldürdü

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 19-da saat 18 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Xaçmaz rayon sakini İ.Ələsgərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Bildirilir ki, nəticədə o, hadisə yerində ölüb.