Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib


Digərləri 20 Yan 2020 17:03:25 154 0

Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

Əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir

Bakı. Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Trend-in xəbərinə əsasən, bununla əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib. "1990-ci il Yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", - deyə səfir bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin