Siyəzəndə yol qəzası piyadanın ölümü ilə nəticələnib


Digərləri 20 Yan 2020 16:33:00 178 0

Siyəzəndə yol qəzası piyadanın ölümü ilə nəticələnib

Siyəzəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Xaçmaz rayon sakini İftixar Ələsgərov idarə etdiyi 90 RC 234 dövlət nömrə nişanlı "Daewoo Nexia" markalı avtomobillə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 103-cü kilometrliyində piyadanı vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada, Siyəzən rayonunun Kiçik Həmyə kənd sakini, 56 yaşlı Niyyət Zeynalabdin oğlu Muradov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.