Mingəçevirdə 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub - VİDEO


Sosial 20 Yan 2020 16:15:20 118 0

Mingəçevirdə 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub - VİDEO

Mingəçevir Dövlət Dram Teatrının aktyorları faciəyə həsr etdikləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.

Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, sakinlər şəhərin Şəhidlər xiyabanına axışaraq xalqımızın tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, abidə önünə gül dəstələri düzüblər.

Mingəçevir Dövlət Dram Teatrının aktyorları faciəyə həsr etdikləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonra əsaslı şəkildə yenidən qurulan “İtkinlər”abidə kompleksinə baxış olub.