Türk Şurası: 20 yanvar Azərbaycan xalqı üçün müstəqilliyə can atmaq qətiyyətini daha da möhkəmləndirmiş şərəf günüdür


Siyasət 20 Yan 2020 16:03:00 147 0

Türk Şurası: 20 yanvar Azərbaycan xalqı üçün müstəqilliyə can atmaq qətiyyətini daha da möhkəmləndirmiş şərəf günüdür

Tarixə "Qara Yanvar" kimi daxil olmuş 20 yanvar 1990-cı il Azərbaycan xalqı üçün təkcə matəm günü deyil, həm də müstəqilliyə can atmaq qətiyyətini daha da möhkəmləndirmiş şərəf günüdür.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Baqdad Amreyevin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Biz bu qanlı faciənin 30-cu ildönümündə azərbaycanlı qardaşlarımıza qoşuluruq və Vətənin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini dərin hörmətlə yad edirik".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.