Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir


Digərləri 20 Yan 2020 16:01:44 104 0

Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir

Ağ Ev ABŞ-a övlad dünyaya gətirmək və avtomatik amerika vətəndaşlığı almaq məqsədilə gələn əcnəbi qadınlar üçün viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir.

Bakı. Ağ ev ABŞ-a övlad dünyaya gətirmək və avtomatik amerika vətəndaşlığı almaq məqsədilə gələn əcnəbi qadınlar üçün viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir. Trend-in məlumatına görə, ölkə Prezidenti Donald Tramp doğum hüququ əsasında vətəndaşlıq verilməsini nəzərdə tutan ABŞ Konstitusiyasına 14-cü düzəlişi “açıq-aşkar gülməli” adlandırıb. Qeyd olunur ki, təklif olunan dəyişikliklər ölkəyə qısamüddətli turizm və işgüzar məqsədlərlə gəlmək istəyənlər üçün verilən B tipli vizalara tətbiq oluna bilər. Dövlət Departamentinin əməkdaşları ABŞ-a övladı üçün vətəndaşlığa nail olmaq məqsədilə gələnlərə viza verilməsindən imtina edə bilər.