Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)


Digərləri 20 Yan 2020 15:56:28 120 0

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)

Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib

Bakı. Müdafiə nazirinin tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə bu günün tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib. Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki Şəhidlər xiyabanları ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.