Yevlaxda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub


Sosial 20 Yan 2020 15:23:07 150 0

Yevlaxda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ictimaiyyətin nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarlarına gül dəstələri düzüblər.

Yevlax rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub.“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ictimaiyyətin nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarlarına gül dəstələri düzüblər.

Tədbirdə çıxışedənlər faciəni törədənləri lənətləyib, şəhidlərə uca yaradandan rəhmət diləyiblər.

Məktəblilər arasında keçirilən“Şəhidlərin ruhu bizi intiqama səsləyir” mövzusunda inşavə rəsm müsabiqələrinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.Rayonun mədəniyyət işçiləri ədəbi-bədii kompazisiya nümayiş etdiriblər.

Sonda tədbir iştirakçıları məktəblilərin faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxıblar.