Şamaxı və İsmayıllıda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib


Siyasət 20 Yan 2020 15:03:25 152 0

Şamaxı və İsmayıllıda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Şamaxı və İsmayıllıda 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd edilib.

Şamaxı və İsmayıllı rayonlarında 20 Yanvar faciəsinin qurbanları yad edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Şamaxı rayonunda ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini rayon mərkəzində Şəhidlər Xiyabanını ziyarət edib, məzarların üzərinə əklillər qoyub, şəhidlərin xatirələrinə ehtiramlarını bildiriblər. 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbirdə Azərbaycan xalqının azadlıq, müstəqillik əldə etməsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətindən bəhs edilib.

İsmayıllı rayonunda şəhidlərin xatirəsinə həsr olunan yürüş keçirilib. İctimaiyyət nümayəndələri və rayon sakinləri səhidlərin ruhuna ehtiramlarını bildiriblər. Bu hadisənin Azərbaycanın çağdaş tarixinin ən mühüm faktlarından biri, istiqlal savaşına qalxmış xalqımızın mübarizəsinin zirvəsi olduğu yada salınıb.