İndoneziyada körpü çökdü:


Dünya 20 Yan 2020 14:59:00 136 0

İndoneziyada körpü çökdü:

İndoneziyanın Sumatra adasında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

Son.az APA-ya istinadla xəbər verir ki, leysan yağışları nəticəsində yaranan sel Benkulu əyalətində körpünün çökməsinə səbəb olub.

Dağıntılar altında qalmış insanların axtarışında 100-dən çox xilasedici, əsgər, polis, təbii fəlakətlərə qarşı mübarizə aparan Xüsusi Milli Agentliyinin işçiləri və könüllülər iştirak edib.

Qeyd edək ki, İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi yanvar və fevral aylarında ölkənin bir neçə bölgəsində leysan yağışlarının yağması ilə bağlı xəbərdarlıq etmişdi.