MHP: Türkiyə 20 Yanvar faciəsinin qurbanlarını unutmayıb


Dünya 20 Yan 2020 14:46:00 100 0

MHP: Türkiyə 20 Yanvar faciəsinin qurbanlarını unutmayıb

Türkiyə 20 Yanvar faciəsinin qurbanlarını unutmur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Millətçi Hərəkat Partiyasının (MHP) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə həmişəki kimi Azərbaycanı dəstəkləyəcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.