Saatlıda 20 Yanvar faciəsinin qurbanları yad edilib


Siyasət 20 Yan 2020 14:14:44 131 0

Saatlıda 20 Yanvar faciəsinin qurbanları yad edilib

20 yanvar hadisələrinin 30-cu ildönümü bağlı Saatlıda da izdiham yaşanıb. Sakinlər rayondakı Şəhidlər xiyabanına üz tutub, Vətən uğrunda canlarını fəda edən həmyerlilərinin xatirəsini anıblar

20 yanvar hadisələrinin 30-cu ildönümü bağlı Saatlıda da izdiham yaşanıb.Sakinlər rayondakı Şəhidlər xiyabanına üz tutub, Vətən uğrunda canlarını fəda edən həmyerlilərinin xatirəsini anıblar.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə,Şəhidlər xiyabanında qarşısında keçirilən tədbirdə Rayon İcra hakimiyyəti, idarə-müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra onların ruhuna dualar oxunub. İnsanlarşəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüb.