Deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə görüşüb (FOTO)


Digərləri 20 Yan 2020 14:01:00 307 0

Deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə görüşüb (FOTO)

S.Mikayılova seçki dairəsinə daxil olan Yalama, Ləcət, Susayqışlaq kəndlərinin sakinləri ilə görüş keçirib.

Bakı. Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir. Trend-in məlumatına görə, S.Mikayılova seçki dairəsinə daxil olan Yalama, Ləcət, Susayqışlaq kəndlərinin sakinləri ilə görüş keçirib. S.Mikayılova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi barədə geniş danışıb. Seçicilər Prezidentin həyata keçirdiyi siyasəti yüksək qiymətləndiriblər. Deputatlığa namizəd seçiciləri maraqlandıran məsələlərlə bağlı müzakirələr aparıb. Sevil Mikayılovanın təbliğat-təşviqat kampaniyası davam edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin